Fatih Kavlakın istefasından sonra "Qəbələ"də yeni baş məşqçi təyinatı rəsmiləşib. Siasport.az saytının məlumatına görə, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov bu posta təyin olunub.
Bu il iyulun 10-da "Qəbələ"nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik etmişdi.
2006/07 mövsümünün gedişində baş məşqçi postuna təyin olunan R.Məmmədov baş məşqçi kimi "Qəbələ"ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokun 18 oyununa çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB