"Qarabağ" Gəncədədir

"Qarabağ" klubu artıq qərb bölgəsindədir. Siasport.az saytının məlumatına görə, sabah Premyer Liqanın VI turunda "Turan"ın qonağı olacaq Ağdam təmsilçisi dünən Bakını tərk edərək Gəncəyə yollanıb. Oyun gününə kimi adıçəkilən şəhərdə qalacaq komanda bu gün axşam məşqə də çıxacaq. "Qarabağ" səfərə 19 futbolçu ilə yollanıb.
Xatırladaq ki, "Turan" - "Qarabağ" oyunu sentyabrın 23-də saat 16:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə