İspaniya milli komandasının qapıçısı İker Kasilyas Dünya Kubokunun seçmə mərhələsində oynamaqlarına etiraz bildirib. Siasport.az saytının İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, Kasilyas son dünya çempionunun avtomatik olaraq sonrakı turnirə qoşulmalı olduğunu bildirərək, FİFA-ya etiraz edib.
Kapitanlıq etdiyi İspaniya milli komandasında ard-arda 2 Avropa və 1 Dünya Kubokunu əldə etməyi bacaran İker Kasilyas FİFA-nın bəzi təlimatlarını başa düşmədiyini dilə gətirib. Qapıçı son dünya çempionu olaraq, 2014-cü ildə Braziliyada təşkil ediləcək turnirə avtomatik olaraq qoşulmalı olduqlarını vurğulayıb. O, keçirdiyi mətbuat konfransında sözlərini belə ifadə edib: "Son çempionun seçmə mərhələdə oynamağı qəribə vəziyyətdir. Amma bu mövzuda qərar verilib, bizə də mübarizə aparmaq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB