Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq

Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq

2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq gənclər və idman naziri Azad Rəhimovun 6 sentyabr 2012-ci il tarixindən etibarən Türkiyəyə rəsmi səfəri başlayır.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun ölkəmizə səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.

Məhz 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə təşkili ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.

Səfər 9 sentyabr tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə