Erikson da “Uzaq Şərq tilsimi”nə tutuldu

Erikson da “Uzaq Şərq tilsimi”nə tutuldu

Uzaq şərqin yolunu tutan futbol veteranlarının siyahısına Sven Qoran Erikson da əlavə olundu. Siasport.az saytının məlumatına görə, isveçli Sven Erikson baş məşqçi olaraq Tailand klubu "Bek Tero" ilə razılığa gəlib. Belə ki, Erikson klubun texniki heyətinə nümayəndəlik edəcək və komandanın strateji planını quracaq.

Qeyd edək ki, İngiltərə milli komandasında sabit olaraq çalışan Erikson 35 illik məşqçilik karyerasında ilk dəfə olaraq Asiya qitəsində vəzifə tutacaq. Bundan öncə "Roma", "Mançestr Siti" , "Benfika" və "Latsio" kimi məşhur klublarda bu vəzifəni üzərinə götürən məşqçi Meksika və Fildişi Sahili milli komandalarının da baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə