"Sumqayıt" - AZAL matçı canlı yayımda

"Sumqayıt" - AZAL matçı canlı yayımda

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində "Sumqayıt" Futbol Klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, Sumqayıt təmsilçisi oyuna canlı baxmaq istəyən azarkeşlər üçün şərait yaradıb. Belə ki, klubun rəsmi "internet televiziyası (tv.sfc.az) matçı canlı yayımlanacaq.


Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu bu gün saat 18:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə