Futzal üzrə FIFA referiləri Yusif Nurullayev və Ramil Namazov yeni təyinat alıb. Siasport.az saytının məlumatına görə, hakimlərimiz futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin E və G qruplarında keçiriləcək oyunlar zamanı meydana çıxacaqlar. Hər iki qrupun oyunları avqustun 7-dən 12-dək olan müddətdə keçiriləcək. Yusif Nurullayevin təyinat aldığı E qrupunda \"Enkamp\" (Andorra), \"\"Makkabi Nahalat\" (İsrail), \"Vegakameratene\" (Norveç) və \"Şaumyan\" (Ermənistan) klubları, Ramil Namazovun təyinat aldığı G qrupunda isə \"Jelezarets\" (Makedoniya), \"Yedinstvo\" (Monteneqro), \"Bekentas\" (Litva) və \"Anji Tallinn\" (Estoniya) klubları mübarizə aparacaq.
Qeyd edək ki, E qrupunun oyunları Andorrada, G qrupunun oyunları isə Makedoniyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB