Tuyqun Nadiorv: “Lex”i keçə bilsək, AİK – “Hafnarfyordur” cütünün qalibini də yenmək asandır”

Tuyqun Nadiorv: “Lex”i keçə bilsək, AİK – “Hafnarfyordur” cütünün qalibini də yenmək asandır”

"Biz ilk növbədə, Polşa komandasını üstələməliyik. "Lex"i keçə bilsək, AİK – "Hafnarfyordur" cütünün qalibini də yenmək asandır". Siasport.az saytının məlumatına görə, bu sözləri \"Xəzər Lənkəran\" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. O, hələ ki, əsas hədəflərinin növbəti mərhələyə vəsiqə əldə etmək olduğunu qeyd edib. T.Nadirov \"Lex\"lə cavab oyununa ciddi hazırlaşdıqlarını vurğulayıb.

Xatırladaq ki, "Xəzər Lənkəran" Avroliqanın II təsnifat mərhələsində "Lex"lə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. AİK - "Hafnarfyordur" matçı da eyni hesabla nəticələnib. Cavab görüşü isə iyulun 26-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə