Rəqiblər qarşılaşma öncəsi mətbuat konfransı keçirəcək

Rəqiblər qarşılaşma öncəsi mətbuat konfransı keçirəcək
Xəbər verdiyimiz kimi, iyulun 19-da Azərbaycanın "İnter" klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Siasport.az saytının məlumatına görə, bu qarşılaşmada paytaxt klubu Yunanıstanın \"Asteras Tripolis\" komandası ilə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, görüşdən bir gün əvvəl \"Dalğa Arena\"da hər iki klubun mətbuat konfransı keçiriləcək. \"İnter\" komandasının baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuatla görüşü saat 19.30-da olacaq.

Qeyd edək ki, \"Asteras Tripolis\"in mətbuat konfransı isə saat 20.30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə