Rövnəq Abdullayev: “İnanıram ki, heç olmasa 3 klub Avrokuboklarda oyunlarını davam etdirəcək” - AÇIQLAMA
"Bakı"nın uduzmağı məni çox məyus etdi. Biz arxayın idik, elə bir komanda ilə düşmüşdü ki, udmamaq olmazdı. "Xəzər Lənkəran" çox qətiyyətli oldu, burda olan 2:2 hesabı 2:0-la əvəz etdi. Bu bizi çox sevindirdi. "İnter" də qələbə ilə artıq ikinci tura çıxdı". Siasport.az saytının məlumatına görə, bu sözləri bu gün "Neftqazelmitədqiqatlayihə" İnstitutunda ARDNŞ-ın Təqaüd Proqramları çərçivəsində xaricdə, Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr və həmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislərlə görüş zamanı jurnalistlərin suallarını cavablandıran AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
O, bildirib ki, heç olmasa "İnter", "Xəzər Lənkəran" və "Neftçi"nin avrokuboklarda yaxşı nəticə göstərəcəyinə inanırıq: "Qarşıda "Neftçi"nin "Zestafoni" ilə oyunu gözlənilir. İnanıram ki, heç olmasa bu 3 klub avrokuboklarda oyunlarını davam etdirəcək və azarkeşlərini sevindirəcək".
Məlumat üçün bildirək ki, Azərbaycan millisinin gələcək perspektivləri haqda sualı cavablandıran Rövnəq Avdullayev yeni və güclü komandanın yaradılmasının qarşıya məqsəd qoyulduğunu ifadə edib: "Berti Foqtsun qarşısında gənclərdən ibarət yeni komandanın yaradılması və 2014-cü il Avro kuboklarda mükəmməl bir komandanın ortaya çıxarılması məqsəd kimi qoyulub\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB