Bakının "İnter" futbol klubunun Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Estoniya təmsilçisi "Trans"la keçirəcəyi matçın başlama saatı bəlli olub. Siasport.az saytı UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Estoniyanın "Rakvere" stadionunda keçiriləcək görüş iyulun 5-də Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Xatırladaq ki, bu komandalar arasında cavab matçı iyulun 12-də "Dalğa Arena" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB