Julius Vobay: “”Neftçi”yə uyğunlaşmağım çətin olmadı”

Julius Vobay: “”Neftçi”yə uyğunlaşmağım çətin olmadı”

"Neftçi" PFK UEFA Çempionlar Liqası turnirinə Türkiyənin Bolu şəhərində hazırlaşır. Siasport.az saytının məlumatına görə, klubun yeni transfer etdiyi Julius Vobay hazırlığı barədə fikirlərini klubun rəsmi saytına bildirib: "Bura uyğunlaşmağım çətin olmadı. Qısa vaxt ərzində bütün komanda yoldaşlarımla ünsiyyət yaratmışam. \"Neftçi\"də gördüyüm mehribanlıq və səmimiyyət mənim üçün çox vacibdir. Belə olan halda uğur qazanmaq da asanlaşır. Hazırlıq mərhələsində çəkdiyimiz zəhmətin bəhrəsini rəsmi oyunlarda görəcəyik. İnanıram ki, Çempionlar Liqasında uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə