"Qalatasaray" və "Fənərbaxça" arasında Superkubok oyunu Bakıda keçiriləcək?
İstanbulun "Qalatasaray" və "Fənərbaxça" futbol klubları arasında
keçiriləcək Türkiyə Superkuboku qarşılaşması Bakıda baş tuta bilər.
Siasport.az saytı xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika
Stadionunun artıq yaxın aylarda tam yeni formatda istifadəyə
veriləcəyini nəzərə alsaq, o zaman bu möhtəşəm qarşılaşmanın ölkəmizdə
baş tutacağına ümidlərimiz bir qədər də artmış olur. Artıq Türkiyə mətbuatı,
son günlər Superkubok qarşılaşmasının xarici ölkələrdən birində
keçiriləcəyi barədə yazılar dərc edir. Bundan başqa, Türkiyə Futbol
Federasiyası da, (TFF) bu iki nəhəng futbol klubunun azarkeşləri
arasında yeni bir gərginliyə yol verməmək üçün Superkubok oyunun xarici
ölkələrdən birində keçirilməsini məqbul hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB