İstanbulun "Beşiktaş" futbol klubu ilə yollarını ayırmağa hazırlaşan Manuel Fernandesin, Portuqaliyanın məşhur klublarından birinə keçəcəyi barədə məlumatlat yayılmağa başlayıb. Siasport.az saytının Portuqaliya mətbuatına əsasən verdiyi məlumata görə, "Porto"nun Fernandesin transfer üçün "qara qartal"a 6 - 8 milyon avro arasında məbləğ təklif edəcəyi gözlənilir. "Porto" komandasının idarə heyəti M. Fernandes ilə maraqlandıqlarını təsdiqləyərək, "Ancaq hələ başlanğıc mərhələsindəyik" fikirlərini vurğulayıblar. Oyunçunun meneceri Corc Mendes ilə danışıqlara başladıqlarını bildirən klub heyəti, "Beşiktaş"ın bu futbolçu üçün 20 milyon avro tələb etməsinin məntiqə uyğun olmadığını söyləyiblər. Futbolçunun özü isə, "Beşiktaşdan ayrılmağımın müzakirələrini edirik" deye bildirib. "Porto" ilə razılaşdığı fikirlərini qəbul edən futbolçu, Portuqaliyaya təkrar dönməyinə şad olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB