Unibank Premyer Liqası XXVII turunun "Neftçi"-"Bakı" qarşılaşması rəqiblərin sayca 21-ci oyunu olacaq. Siasport.az saytının məlumatına görə, komandalar indiyədək 20 dəfə qarşılaşıb. Ümumi hesabda "Neftçi"nin 10, "Bakı"nın isə 6 qələbəsi var. 4 oyun heç-heçə başa çatıb. Top fərqinə gəldikdə isə üstünlük "Neftçi"nin tərəfindədir 22:20.
Məlumat üçün bildirək ki, "Bakı" klubu "Neftçi" üzrəində əldə etdiyi 6 qələbənin üçünü səfərdə qazanıb. Flaqmanın ən məhsuldar futbolçusu 14 qol vuran Bohadır Nasimovdur. "Bakı"nın heyətində isə ən çox fərqlənən 7 qolla Uinston Parksdır.
Qeyd edək ki, "Neftçi" cari mövsüm hər oyuna orta hesabla 1,88 qol vurub, 0,88 qol buraxıb. "Bakı"da isə göstəricilər belədir: hər oyuna orta hesabla 1,19 qol vurulub, 1 qol buraxılıb. Bu mövsüm "Bakı" ən böyük hesablı qələbəsini "Turan" üzərində qazanıb 5:0. "Neftçi" isə AZAL-ı edib 7:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, "Bakı"nın orta yaş həddi 25,8 təşkil edir. "Neftçi"də bu rəqəm 25,3-ə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB