Milanda 9 qol, 4 penalti, 2 qırmızı vərəqə, 1 "het-trik"

Milanda 9 qol, 4 penalti, 2 qırmızı vərəqə, 1 "het-trik"

İtaliya "A" seriyasında növbəti turun oyunları keçirilib. Məlumata görə, maraqlı qarşılaşmalardan biri Milanda baş tutub. Gərgin keçən "İnter"-"Genuya" matçında futbol adına maraqlı hər şey olub.


İlk hissədə meydan sahibləri hesabda 3:0 irəli çıxsalar da, sonda qələbəni çətinliklə əldə ediblər. "İnter"in 5:4 qalib gəldiyi bu görüşdə qapılara 4 penalti təyin edilib ki, bunun da 3-ü qonaqların payına düşüb. Qırmızı vərəqələrdə komandalar hərəyə bir dəfə "fərqlənib". Milito isə "İnter"in heyətində "het-trik" etməyə imkan tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə