"Sumqayıt" Futbol Klubu Unibank Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə "Kəpəz" komandasına 1:4 hesabı ilə uduzdu. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" heyətində yeganə qolun müəllifi 48-ci dəqiqədə Samir Abasov olub.
Qeyd edək ki, görüşdən sonra "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raabı klubun rəsmi internet saytına verdiyi açıqlamasında bu fikirləri bildirib: "Bugünkü oyunumuzdan razı qaldım. Lakin oyunun ilk 20 dəqiqəsində komandamın oyunu heç xoşuma gəlmədi. Futbolçular sanki yatmışdı. Amma daha sonra çox gözəl oyun göstərdik. "Kəpəz" komandası bizim zəifliyimizdən istifadə edib qələbə qazandı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB