“Futbolçularımız hava mübarizəsində rəqibə uduzdu”

“Futbolçularımız hava mübarizəsində rəqibə uduzdu”

"Turan"nın oyunu yaxşı analiz etmişdik. Gərgin oyun alındı. Rəqibimiz kimi bizim də turnir cədvəli baxımından vəziyyətimiz gərgindi, xal itirmək istəmirik. Bir neçə əlverişli qol imkanımız oldu, lakin bunlardan istifadə edə bilmədik. Təəssüf ki, futbolçularımız hava mübarizəsində rəqibə uduzdu". Fanat.az xəbər verir ki, bu sözləri "Turan"la oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze deyib.

"Turan"ın baş məşqçisi Əsgər Abdullayev isə etdiyi dəyişiklikdən danışıb: "Oyunun çətin keçəcəyini bilirdik. Turnir cədvəlində vəziyyətimiz gərgindi. Bizim üçün qazanılan bir xal da önəmlidi. Oyunçumuzun qırmızı vərəqə almasına baxmayaraq, orta xətt oyunçusunu hücumçu ilə əvəz etdim, bu da nəticəsini verdi, hesabı bərabərləşdirə bildik. Bundan sonrakı oyunlara da final oyunu kimi çıxacağıq, sona kimi mübarizə aparacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə