Baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərəndən sonra, Londonun "Çelsi" futbol klubunda ciddi "təmizləmə əməliyyatı"na start verilib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı gənc mütəxəssisin işindən narazı qalan klubun rusiyalı sahibi Roman Abromoviç, komandanın uğursuzluğunda pay sahibi olan daha bir neçə futbolçu ilə də mövsümün sonunda yolları ayırmaq barədə qərar qəbul edib.Belə ki, bu siyahıya Didye Droqba, Florent Maluda, Mixael Essyen, Paulo Fereyra, Joze Bosinqva və Salomon Kalu daxildirlər. "qara siyahıya" düşən digər futbolçu isə komandaya yeni transfer edilmiş Romelu Lukakudur. İngiltərə mətbuatı isə, R.Abromoviçin yeni "Çelsi" qurulması üçün ciddi işə başladığı və ən radikal qərarlar verməyə hazırlaşdığını yazır. "dumanlı albiom"da hesab edirlər ki, bu proses hələ bir sıra şəxslərin də "Çelsi"dən qovulmasına səbəb olacaq. Çünki daha bir neçə məşqçi və koordinator da "qara siyahıya" əlavə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB