\"Neftçi\"nin hansı futbolçuları millinin heyətində çıxış edəcək?

\"Neftçi\"nin hansı futbolçuları millinin heyətində çıxış edəcək?

\"Neftçi\" Peşəkar Futbol Klubunun 2 futbolçusu milli komandanın düşərgəsinə çağırılıb. Siasport.az saytının məlumatına görə, Flaqmanın heyətində çıxış edən Rail Məlikovla Ruslan Abışov yığma komandanın Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək təlimlərində iştirak edəcək.

Qeyd edək ki, sabah başlanacaq hazırlıq mərhələsinə mart ayının 1-də yekun vurulacaq. Onu da əlavə edək ki, təlim-məşq toplanışı müddətində milli komanda Sinqapur, Hindistan və Fələstin yığmaları ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə