Dünya çempionu Azad Əzizov Almaniyadakı döyüşünü Xocalı soyqırımına həsr edib

Dünya çempionu Azad Əzizov Almaniyadakı döyüşünü Xocalı soyqırımına həsr edib

Fevralın 11-də Azərbaycan səfirliyinin, Azərbaycan Həvəskar Boks Federasiyasının, Zaxhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və LBN Boks klubunun təşəbbüsü ilə Almaniyanın Hamburq səhərində peşəkar boks çempionatı keçirilib.
Siasport.az saytı xəbər verir ki Tədbirdə 8 ölkənin idmançıları mübarizə aparıblar. Yarışda Azərbaycanı TWBA, IBF-Avropa, GBC-Dünya, IBO-international, IBO-interkontinental, PABA-dünya çempionu Azad Əzizov təmsil edib. Azad Əzizov peşəkar rinqə Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin"in sədaları altında daxil olub. Həmyerlimizin rəqibi IBO-Beynəlxalq çempion keniyalı Nasser Athumani olub. Döyüş hakimlər tərəfindən heç-heçə qiymətləndirilib.
Azad Əzizov bu döyüşü Xocalı soyqırımının 20 illiyinə həsr edib.
Döyüş Hamburq-1 televiziyası, FIGOSPORT, ECBOXING internet vasitəsilə canlı yayımlanmış, Türkiyənin Avro-D kanalı tərəfindən lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə