Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, dünən Bakının \"Neftçi\" futbol klubunu 3:1 hesabı ilə məğlub edən Ukrayna təmsilçisi \"Metallist\" bu gün Özbəkistan komandası \"Paxtakor\"a məğlub olub.Əsas hissəsi 1:1 hesabı ilə başa çatan görüşdə əlavə vaxta ehtiyac duyulub ki, burada da \"Paxtakor\" futbolçuları sevinən tərəf olub. Əlavə hissədə daha 3 dəfə fərqlənən Özbəkistan təmsilçisi sonda görüşü qələbə ilə başa vurub - 4:3.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB