“Sərhədçi” Olimpiya İdman Mərkəzində Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayıb
Xəbər verdiyimiz kimi, bu gün "20 Yanvar" şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilir.
Siasport.az saytının verdiyi xəbərə görə, turnirin 16.30 da açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Milli Olimpiya İdman Klubunun vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman üzrə şöbə müdürü Mirkamil Rəhimli və Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov idman həvəskarlarını, idmançıları və qonaqları salamlayıb. Elçin Cəfərov son illərdə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişaf etdiyini dilə gətirib. Yarış iştirakçılarına uğurlar arzu edib.
Dövlət himninin səsləndirilməsindən sonra idmançılar meydana daxil oldular və bundan sonra turnirə start verilib.
Xatırladaq ki, FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə aparacaq.
Görüşlərdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB