İspaniyanın "Barselona" futbol klubunun fransalı ulduz futbolçusu Erik Abidal, sən demə hər bir qarşılaşmaya getdiyi vaxt təyyarədə Quran oxuyurmuş. Siasport.az saytı xəbər verir ki, keçən il mart ayında qaraciyər xərçənginə tutulan Erik Abidalın Qurani-Kərimi oxuyarkən çəkilən şəkli sosial paylaşma şəbəkələrində böyük maraq doğurub. Xərçəngə qalib gələn və meydanlara geri qayıdan "Barselona"nın Martinika əsilli fransız oyunçusu hər fürsətdə müsəlman olduğunu bildirib. Qeyd edək ki, Fransa milli komandası və "Barselona"nın rəqib meydanlara səyahətlərində əlindən Quranı qoymayan Abidal, inanclara hörməti olduğunu, müsəlmanlığın əsaslarını yerinə yetirməyə çalışdığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB