Ukrayna rəsmisi: "Məşqçilərimiz Azərbaycanla Qazaxıstana axın edirlər"

Ukrayna rəsmisi: "Məşqçilərimiz Azərbaycanla Qazaxıstana axın edirlər"
Ukraynanın İdman və Gənclər üzrə Dövlət Xidməti, Ukraynalı məşqçilərin digər ölkələrə axın etməsindən bərk narahatdır. Siasport.az saytı xəbər verir ki, bu barədə adı çəkilən dövlət xidmətinin rəhbəri Ravil Safiullin açıqlama ilə çıxış edib.
O, qeyd edib ki, idmançı və məşqçilərə ödənilən əmək haqqı digər rəqib ölkələrlə müqayisədə çox aşağıdır. Bu səbəbdən ukraynalı idmançılar və məşqçilər axın edirlər: "Axını dayandırmaq üçün məsələyə komitədə baxılmasını qərara aldıq. Belə deyim: Məşqçilərimizlə əlaqə saxlayırlar və 10 min dollar əmək haqqı təklif edir, bütün mənzil məsələlərini həll edirlər. Bu, əsasən Azərbaycanla Qazaxıstandadır. Məşqçilər heyətimizin şəraitinin yüksəldilməsi əsas məsələ kimi qarşıya qoyulmalıdır. Nazirlər Kabineti Ukraynanın olimpiya növləri üzrə ən yaxşı məşqçilərinə təqaüd verilməsini qərara alıb. 50 olimpiya, 25 paralimpiya məşqçisinə 8 min qriven həcmində təqaüd veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə