Həndbol üzrə Azərbaycan kubokunun qalibi məlun olub

Həndbol üzrə Azərbaycan kubokunun qalibi məlun olub
Kişi və qadın komandaları arasında həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışların qaliblərinin adlarına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, qadınların arasında yarışın final oyununda "ABU" klubu "Qaradağ" komandasını 37:28 hesabı ilə məğlub edərək kuboka sahib olub. Kişilərin mübarizəsində isə "DİN" kollektivi "Azal" klubunu 33:32 hesabı ilə üstələyərək qalib adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə