Joze Maurinyo ilə yola getməyən Məsut Özil ata yurdunu ziyarət edib

Joze Maurinyo ilə yola getməyən Məsut Özil ata yurdunu ziyarət edib
İspaniyanın \"Real Madrid\" futbol klubunun türk əsilli ulduz futbolçusu Məsut Özil, dünən ata yurdu olan Türkiyənin Zonguldağ vilayətinə gəlib. Siasport.az saytı xəbər verir ki, həmyerliləri tərəfindən böyük sevgi və alqışlarla qarşılanan kral klubunun ulduz futbolçusu, əmisi Cevdet Özilin evində qonaq olub.
Ulduz futbolçu, eyni zamanda babalarının da qəbrini ziyarət edib, kənd sakinləri ilə görüşüb. Fanatları ilə bolluca şəkillər çəkdirən M.Özil, hətdda ata yurdundakı sosial problemlərlə də maraqlanıb, gücü çatan dərəcədə həmyerlilərinə kömək edəcəyinə söz verib. Xatırladaq ki, son günlər \"Real\"ın baş məşqçisi Joze Maurinyo ilə gərgin münasibətlərdə olduğu deyilən M. Özil, artıq kral klubunda ilk 11-liyə daxil olmaqda da çətinlik çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə