London Yay Olimpiya Oyunlarına həsr olunmuş 100 min funt-sterlinq dəyərində ilk qızıl sikkə buraxılıb

Böyük Britaniyada 2012-ci il London Yay Olimpiya Oyunlarına həsr olunmuş 1 kiloqram çəkidə ilk qızıl sikkə buraxılıb. Siasport.az saytı xəbər verir ki, dəyəri 100 min funt-sterlinq olan yeni pulun dizaynını məşhur heykəltəraş Entoni Karo hazırlayıb. Ümumilikdə olimpiadaya həsr olunmuş 60 qızıl sikkə buraxılacaq. Qızıl sikkəyə Karonun şəxsi imzası ilə xüsusi sertifikat əlavə olunacaq. Xatırladaq ki, 204 ölkədən 10 mindən çox idmançının iştirak edəcəyi London Olimpiadası 2012-ci il iyulun 27-dən avqustun 12-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə