Amit Quluzadənin komandası “Adanaspor”u məğlub edib vahid liderə çevrildi!
Türkiyənin Bank Asya birinci liqasında 12-ci turun oyunları keçirilir. Siasport.az saytı xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin heyətində çıxış etdiyi "Kayseri Erciyesspor" bu gün "Adanaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amit nədənsə, bu dəfə oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Baş məşqçi Fikret Yılmaz onu yalnız 89-cu dəqiqədə meydana buraxıb. Kayseri təmsilçisi bu oyunun ardından xallarının sayını 25-ə çatdıraraq, vahid liderliyi ələ keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB