Çingiz Hüseynzadə Soçidə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey ilə görüşüb
Bu gün Soçidə Avropa Olimpiya Komitəsinin 40-cı Baş Assambleyası işinə başlayıb. Siasport.az saytı xəbər verir ki, assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un beynəlxalq əlaqələr idarəsinin rəhbəri Könül Nurullayeva təmsil edirlər. Bu gün Baş Assambleyanın açılış mərasimi olub. Açılış mərasiminədək Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin toplantısı keçirilib. Baş Asambleyanın birinci iclası Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun təbriki ilə başlayıb. AOK-un prezidenti Patrik Hikkey illik hesabat məruzəsi ilə çıxış edib. Sonra AOK-un baş katibi Rafael Paqnozzi hesabat verib. Növbəti iclasda Milli Olimpiya Komitələri Assambleyasının baş katibi Qunilla Linderboq, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Milli Olimpiya Komitələri ilə əlaqələr departamentinin direktoru Pere Miro hesabat məruzələri ilə çıxış ediblər. Soçidə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey ilə görüşüb. Görüşdə MOK ilə AOK arasındakı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb. AOK prezidenti Azərbaycanın beynəlxalq Olimpiya Hərəkatında çox fəal iştirakını qeyd edib. O, Azərbaycanda idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB