Balakəndə yeniyetmə güləşçilər arasında respublika birinciliyi keçirilir
Balakən Olimpiya İdman Kompleksində 1998-2000-ci il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinin final mərhələsinin yarışları başlayıbr. Siasport.az saytı Rayon gənclər və idman idarəsinə istinadən xəbər verir ki, yarışlarda respublikamızın 25 şəhər və rayonunu təmsil edən 165 yeniyetmə idmançı iştirak edir. Güləşçilər 17 çəki dərəcəsi üzrə mübarizə aparırlar. Noyabrın 22-də idman kompleksində yarışların təntənəli açılış m?rasimi olub. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı, Əməkdar Məşqçi Tofiq Eyvazov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Birinciliyə noyabrın 24-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB