Dieqo Maradonanın anası 81 yaşında dünyasını dəyişib

Dieqo Maradonanın anası 81 yaşında dünyasını dəyişib

Dünya futbolunun canlı əfsanəsi, Argentinanın ən məşhur futbolçusu Dieqo Maradonanın anası Dona Tota 81 yaşında dünyasını dəyişib. El Globoya bildirir ki, yaşlı qadın ürək çatışmazlığından vəfat edib.


Ötən ilin avqust ayında ürəyində kəskin ağrılar başlanan Dona Tota xəstəxanaya aparılmış, müayinə və müalicə olunandan sonra evə buraxılmışdı.


Anası və qızlarını həddən ziyadə sevməsi ilə tanınan Dieqo Maradona Dona Totanın vəziyyətinin yenidən pisləşdiyini eşidən kimi Argentinaya yollanmışdı. Lakin o, anasının ölüm xəbərini təyyarədə aldı.


"Palermo Los Arcos" klinikasında dünyasını dəyişən Dona Totanın ölümü ilə bağlı Argentina çempionatındakı "İndependyente"-"Olimpio de Bahia" matçı bir dəqiqəlik sükutla başlanıb. "Boka Xuniors"-"Rasinq" oyununda isə tribunalardakı on minlərlə azarkeş ayağa durub, meydandakı futbolçular Maradonanın mərhum anasının xatirəsinə bir dəqiqəlik sükutda olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə