FİFA prezidenti Jozef Blatterin "dünya futbolunda irqçilik yoxdur" açıqlaması, ciddi rezonansa səbəb olub. Siasport.az saytı xəbər verir ki, İngiltərə Futbol Birliyinin (İFB) sədri Gordon Taylor, FİFA prezidentini yalan danışmaqda ittiham edərək, 1998-ci ildən bəri FİFA prezidenti postunda əyləşən J.Blatterin artıq istefa verməsinin qaçılmaz olduğunu dilə gətirib. İngilis futbol metəxəssisi, "Liverpul"lu Luis Suaresin, "Çelsi"inin kapitanı Con Terrinin irqçiliyə məruz qaldıqlarını əyani bir fakt olaraq irəli sürərək, FİFA prezidentinin hər gün bir yalan uydurduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB