Toni Adams “Qəbələ” futbol klubundan istefasının səbəblərini açıqladı!

Toni Adams “Qəbələ” futbol klubundan istefasının səbəblərini açıqladı!
"Qəbələ" futbol klubunun baş məşqçisi Toni Adams 18 aylıq fəaliyyətinin ardından istefa verib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi istefanın səbəbləri ilə bağlı açıqlama yayıb: "Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, "Qəbələ"ni tərk etmək məcburiyyətindəyəm. Çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəm hər zaman daha önəmlidir". "Qəbələ" klubunun prezidenti Tale Heydərov da istefa ilə bağlı açıqlama yayıb: "Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində "Qəbələ" irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə