Qaradağ təlim-idman bazasında Dövlət Bayrağı Gününə həsr olunmuş reqbi üzrə Bakı şəhər açıq turnirin qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 240 idmançı iştirak edib. Turnir yeniyetmə və böyüklər arasında keçirilib.Yarışın nəticələrinə görə yeniyetmələrin mübarizəsində 5 nömrəli uşaq evinin komandası fərqlənib. Böyüklər arasında isə birinci yeri "Neftçi-1" komandası tutub. Qaliblər medallar və diplomlarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB