“Akkord” X Azərbaycan çempionatının qalibi olub

“Akkord” X Azərbaycan çempionatının qalibi olub
"Akkord" komandası "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın sponsorluğu ilə keçirilən otüstü hokkey üzrə X Azərbaycan çempionatının qalibi olub. Siasport.az saytı xəbər verir ki, komanda son tura bir oyun qalmış "Şahdağ" (Qusar) kollektivi üzərində 3:0 hesabı ilə qələbə qazanaraq vaxtından əvvəl çempionluğu təmin edib. Beləliklə, "Akkord" son iki ildə ardıcıl olaraq ikinci dəfə, ümumiyyətlə isə 4 dəfə (2007, 2008, 2010 və 2011-ci illər) Azərbaycan çempionu adını qazanıb.
"Akkord" otüstü hokkey komandası son 5 ildə ölkə və beynəlxalq miqyaslı yarışlarda 6 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüb. Komanda dördqat Azərbaycan çempionu olmaqla yanaşı, həm də 2010-cu il ölkə kubokunun sahibi və 2011-ci il Avropa Çempionlar Kubokunun "Çelenc IV" turnirinin qalibidir.
Bundan başqa, kollektivin 6 üzvü otüstü hokkey üzrə kişilərdən ibarət milli yığma komandanın üzvü, "Akkord"un kapitanı Saleh Balamiyev isə, həm də millinin kapitanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə