Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi davam edir

Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi davam edir

"Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika seçim turnirinin final mərhələsi davam edir.

SİA-nın verdiyi məlumata görə, yarışın üçüncü günündə mübarizəyə 69, 76, 85, 100 kiloqram çəkidə yunan-Roma güləşçiləri və 10 çəki dərəcəsi üzrə qadınlar qoşulublar. Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin Belarus, Ukrayna, Rusiya Federasiyasının Alaniya, Kabardin-Balkar və Dağıstandan olan pəhləvanlar da iştirak edirlər.

Turnirdə ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunurlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilir və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə