U-17 bu gün belçikalı həmyaşıdları ilə qarşılaşacaq

U-17 bu gün belçikalı həmyaşıdları ilə qarşılaşacaq

Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 18:30-da, Xorvatiyanın Umaq şəhərindəki Qradski stadionunda belçikalı həmyaşıdları ilə qarşılaşacaq. Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək.

Belçika U-17 – Azərbaycan U-17 qarşılaşması affatv.az saytında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə