Futbol üzrə Macarıstan millisinin baş məşqçisi Sandor Egervari, 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatında bir qrupda mübarizə aparacaqları futbol üzrə Türkiyə millisi barədə fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, macar mütəxəssis bildirib ki, əgər Budapeştdə "ay ulduzlular"a qalib gələrlərsə, demək olar ki, qrupdakı talelərinin müəyyən hissəsini də müəyyənləşdirmiş olacaqlar. O diqqətə çatdırıb ki, kifayət qədər güclü futbolçulardan toplanan "ay ulduzlular"ın heyəti, bu komandadan çəkinməyə əsas verir: "Onların heyətində Madrid "Real"ında, "Valensiya" və "Atletiko Madrid" kimi klublarda forma geyən futbolçular, eləcə də "Qalatasaray" və "Fənərbaxça" kimi aparıcı türk klublarının heyətində oynayan forvardlar var. Onlar nəyə qadir olduqlarını 2002 və 2008-ci illərdə göstərə biliblər. Nəsildəyişmə prosesinə baxmayaraq Türkiyə millisi zəifləməyib. Onları məlub etməl olduqca çətin olacaq. Əgər biz onlara öz meydanımızda qalib gələ bilsək, qrupdan ikinci olaraq çıxmaq üçün böyük şans əldə etmiş olacayıq"-deyə Sandor Egervari fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB