Məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilib

Məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilib

Nərimanov rayonu 200 saylı məktəbin futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilib. Siasport.az saytı

xəbər verir ki, turnirdə III yer uğrunda Nərimanov – Səbail komandaları və final oyununda Yasamal – Sabunçu komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilib. Belə ki, III yer uğrunda keçirilən oyunda əsas hissə 1:1 hesabı ilə bitib, 7 metrlik zərbələr seriasında 3:2 hesabı ilə Nərimanov komandası qalib gələrək turnirin III yerinə layiq görülüb. Final oyununda əsas hissə 0:0 hesabı ilə bitib, 7 metrlik zərbələr seriasında 3:1 hesabı ilə Yasamal komandası qalib gələrək turnirin qalibi adını qazanıb. 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 14 komanda tərkibində 140 nəfər iştirak edib.

Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Agayev və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə