"Çelsi" "Fənərbaxça"nın keçmiş futbolçusu üçün "Spartak"a 17 milyon avro təklif edir!
Yeni mövsüm başlamamış İstanbulun "Fənərbaxça" futbol klubundan Rusiyanın "Spartak" futbol klubuna 10 milyon avroya transfer olunan Emenike, Moskva klubundakı oyunu ilə artıq Avropa klublarının da diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, mövsümün əvvələrində Türkiyə futbolundakı qalmaqallı hadisələr, xüsusi ilə "Fənərbaxça" prezidenti Əziz Yıldırımın oyun alqı-satqısında ittiham olunaraq həbs olunmasından qorxuya düşən Emenike, "Spartak"ın təklifini tələm-tələsik qəbul edərək, rus klubuna transfer olmuşdu. İndi isə "Spartak"ın əsas qol silahına çevrilən keçmiş "Fənərbaxça"lıya İngiltərənin "Çelsi" futbol klubu "elçi düşüb". Belə ki, Rusiya mətbuatının yazdığına görə, hazırkı heyətdən açıq şəkildə əlini üzən "zadəganlar", qış transfer dövründə Emenikeni heyətlərinə qatmaqda israrlıdırlar və bunun üçün Moskva klubuna nə az, nə çox,-düz 17 milyon avro ödəməyə hazırdır. Rusiya mətbuatının yazdıqlarına inansaq, Roman Abromoviç artıq "Spartak"ın prezidenti ilə bu barədə razılıq da əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB