"Qalatasaray" Podolskini transfer etmək iddiasından əl çəkmir!

"Qalatasaray" Podolskini transfer etmək iddiasından əl çəkmir!
Futbol üzrə Almaniya milli komandasının və "Köln" futbol klubunun polyak əsilli futbolçusu Lukaş Podolski, yenə aparıcı futbol klublarının diqqət mərkəzindədir. Siasport.az saytı xəbər verir ki, son günlər həm Almaniya millisində, həm də "Köln" futbol klubunda gözəl futbol oynaması ilə seçilən L.Podolskini transfer etmək üçün, "Roma" "Napoli" və xüsusi ilə İstanbulun "Qalatasaray" futbol klubları mübarizə aparamağa başlayıblar.
Almaniya mətbuatı xəbər verir ki, qış transfer dövründə L.Podolskini transfer etməyə ən real namizəd məhz İstanbul nəhəngi olacaq. Çünki nə "Köln" klubu müqaviləsi bitməkdə olan pokyak əsilli futbolçuya "Qalatasaray"ın vəd etdiyi 4 milyon avro qədər pul ödəmək gücündə deyil, nə də futbolçunun özü də alman klubunda qalmaq istəmir. "Roma" və "Napoli"nin də təklif etdikləri transfer məbləği və illik maaş miqdarı "Qalatasaray"ın təklifinə çata bilməz. Sözsüz ki, hər şey qış transfer dövründə bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə