Otüstü xokkey üzrə milli çempionatda növbəti turların oyunları keçirilib
Otüstü xokkey üzrə milli çempionatda növbəti turların oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, vaxtından əvvəl ölkə çempionu adını özünə təmin edən qadınlardan ibarət "Bakı" klubu III yeri tutmaqda iddialı olan Sumqayıt xokkeyçiləri ilə qarşılaşıb. Oyun bütövlükdə paytaxt idmançılarının üstünlüyü ilə keçsə də onlar rəqib qapısına yalnız 1 top vurub, minimal hesabla qələbə qazanlblar.
Gümüş medalları bir-neçə tur əvvəl əldə edən "Atasport-2" çempionatda Lənkəranın "Xəzər" komandasına qarşı çox amansız olub. Baş məşqçi Svetlana Esaulovanın rəhbərlik etdiyi "Atasport-2" rəqib qapısından 9 cavabsız qol keçirib.
Qadın xokkeyçilərin yarışında daha 1 oyun isə Qusarın "Samur" və Bakının "Təhsil" komandaları arasında keçirilib. Rəqibin hər ikisi ölkə çempionatına bu mövsüm qoşulsa da əyalət təmsilçiləri daha gözəl oyun nümayiş etdirərək 13:0 hesablı qələbə qazanıblar.
Qadın otüstü xokkeyçilərin yarışında növbəti oyunlar oktyabrın 29-30-da keçiriləcək.
Birinci dəstədə yarışan kişi otüstü xokkeyçilər də növbəti oyunları keçiriblər. Uzun müddət yarış cədvəlinə başçılıq edən və son turlarda öz mövqelərini əldən verən Gəncə xokkeyçiləri "Atasport"-U-16 komandası ilə oyunda da xal itkisinə məruz qalıb. Oyun 2:2 hesabı ilə heç-heçə qurtarıb. I dəstənin lideri-Sumqayıtın "Təhsil" komandası Mingəçevir xokkeyçilərini 6:0 hesabı ilə məğlubiyyətə uğradaraq çempionatın başa çatmasına 1 tur qalmış I dəstənin qalibi adını qazanıb.
Növbəti turun oyunları isə oktyabrın 30-da keçiriləcək
Yüksək dəstədə yarışan kişilərdən ibarət komandalar ötən həftə istirahət ediblər və sonuncu-formal xarakter daşıyan turun oyunlarını oktyabrın 29-da keçirəcəklər. Elə həmin gün "Akkord" qızıl, "Atasport" gümüş, "Şahdağ" komandası isə bürünc medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB