Fatih Terim "Qalatasaray"a qol vuran futbolçunu "gözaltı" edib!

Fatih Terim "Qalatasaray"a qol vuran futbolçunu "gözaltı" edib!
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, daha bir futbolçunu "gözaltı" edib. Siasport.az saytı xəbər verir ki, 57 yaşlı baş məşqçi, ötən həftə "Qalatasaray"ın qapısına qol vuran "Bursaspor"lu Serdar Əzizi "cim bom"un heyətinə qatmaq istəyir. Türkiyənin "Medyaspor" idman saytı xəbər verir ki, "imperator" İstanbul klubunun rəhbərliyindən S.Əzizin transferi üçün ciddi addımlar atmağı tələb edib.
Belə ki, qısa vaxtda göstərdiyi oyunla futbol üzrə Türkiyə milli komandasının da heyətinə qədər gəlib çıxan S.Əziz, meydandakı futbolu ilə də diqqətləri öz üzərinə çəkə bilib.
Türkiyə məıtbuatı xəbər verir ki, "Qalatasaray" rəhbərliyi artıq F.Terimin istəyi üzrə gənc futbolçunu qış transfer dövründə heyətinə qatmaq üçün elə indidən "Bursaspor" rəhbərliyi ilə danışıqlara başlamağı qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə