Bərdədə aşihara karate üzrə regional yarış keçirilib

Bərdədə aşihara karate üzrə regional yarış keçirilib

Bərdədə Qarabağ müharibəsi dövründə şəhid olanların xatirəsinə həsr olunmuş aşihara karate üzrə regional yarış keçirilib. Siasport.az saytının Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhid ailələrinin və rayon rəsmlərinin qatıldığı yarış izləyənlərin ürəyincə olub.Yarış iştirakçıları ilk öncə şəhidlər abidəsini ziyatət ediblər. Vətən ücün canından, qanından keçən qəhraman oğulların ruhuna dualar oxunub, məzarları önünə gül-çiçək dəstələri düzülüb. Azərbaycan Aşihara Karate Federasiyasının Qarabağ zonası və Bərdə rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə rayonun Həsənqaya kəndində təşkil olunan yarışda 12 şəhər və rayonun idmancıları iştirak edib. Komandalardan 100-ə yaxın idmançı döyüşüb.

Sonda yarışın qaliblərinə medallar və diplomlar da verilib.


Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə