UEFA Mahaçqalanın "Anji" futbol klubunu cəzalandıra bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verir. Rusiyalı həmkarlarımızın fikrincə, son vaxtlar bir-birindən bahalı transferlər həyata keçirərərək ardıcıl sensasiyalara imza atan Mahaçqala klubu, transfer limiti ilə bağlı UEFA-nın nəzərdə tutduğu həddi keçdiyi üçün Mişel Platininin qəzəbinə gələ bilər. Rusiya mətbuatına görə, artıq UEFA-da "Anji"nin "məsələsini" müzakirəyə çıxarmağa hazırlaşırlar. Xatırladaq ki, Roberto Karlos və Samuel Eto kimi futbol ulduzlarını heyətinə cəlb edən rus klubu, artıq qış transfer fasiləsində daha bir neçə ulduzla heyətini gücləndirməyə qərar verib. Bu isə ona qarşı UEFA-da başlanan prosesi sürətləndirə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB