Akif İsmayılov: “Stadionda hər şey daha gözəl və daha rahat olacaq”-AÇIQLAMA

Akif İsmayılov: “Stadionda hər şey daha gözəl və daha rahat olacaq”-AÇIQLAMA

"Tofiq Bəhramov adına Respublika stadionunun 60 illik yubileyi ilə bağlı belə gözəl tədbir Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuşdu. Gənclər və idman naziri Azad Rəhimova öz minnətdarlığımı bildirirəm". Bu sözləri siasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib. Direktor qeyd edib ki, tədbirə dəvət olunmuş bütün qonaqlar gəliblər və çox maraqlı keçib. O, dəvət etdiyi bir neçə jurnalistə də tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib. A.İsmayılov bir neçə aydam sonra mərkəzi arenada təmir-yenidənqurma işlərinin başa çatacağını və xalqımızın, idmansevərlərin daha gözəl arenaya şahid olacaqlarını vurğulayıb: "Stadionda hər şey daha gözəl və daha rahat olacaq".


Bütün xəbərlər Facebook səhifəmizdə