Bu gün Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Azərbaycan millisi öz meydanında Qazaxıstan yığma komandasını qəbul edib. Keçən həftə güclü Belçika millisi ilə keçirilən görüşdə 1:1 hesablı nəticə əldə edən Azərbaycan millisi, bu gün Qazaxıstan üzərində 3:2 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə aktivinə 7 xal yaza bilib. Düzdür, qarşılaşma millimiz üçün yaxşı başlamayıb. Belə ki, qarşılaşmanın 21-ci dəqiqəsində Ostapenko qapıçına yol tapıb. Amma bundan sonra ruhdan düşməyən futbolçularımız Rauf Əliyevin 54-cü dəqiqədə, Mahir Şükürovun 62-ci dəqiqədə və Vaqif Cavadovun 68-ci dəqiqədə vurduqları qollarla komandamızın qələbəsini təmin ediblər. Qarşılaşmanın 77-ci dəqiqəsində Yevstiqneyevin vurduğu qol isə qazaxlar üçün təsəllidən başqa bir şey olmayıb. Beləliklə Azərbaycan millisi tarixi qələbəyə imza ataraq azarkeşlərimizi sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB