"Neftçi" Ruslan Qurbanovu icarəyə verib

"Neftçi" Ruslan Qurbanovu icarəyə verib

"Neftçi" PFK-nın futbolçusu Ruslan Qurbanov icarəyə verilib. Siasport.az saytı xəbər verir ki, gənc futbolçu icarə əsasında qış fasiləsində geri qayıtmağın mümkünlüyü şərti ilə mövsümün sonunadək "Sumqayıt Şəhər" klubunda çıxış edəcək.

Qurbanov bununla bağlı fikirlərini bildirib: "Oyun praktikamı itirməmək üçün başqa komandada icarə əsasında oynamağım yaxşıdır. Mənə belə bir şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Çalışacağam ki, "Sumqayıt Şəhər" komandasında özümü yalnız yaxşı tərəfdən göstərib, "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".

Bütün xəbərlər Facebook səhifəmizdə