"Real" azarkeşləri Joze Maurinyoya inanmırlar...

"Real" azarkeşləri Joze Maurinyoya inanmırlar...

İspaniyanın "Real" futbol klubunun azarkeşləri artıq baş məşqçi Joze Maurinyoya olan inamlarını tamamilə itiriblər. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibləri olan "Barselona" qarşısında sərgilədiyi futbolla azarkeşlərini üzən kral klubunda, təkcə klub rəhbərliyi deyil, həmçinin azarkeşlər də artıq "sehirbaz" ləqəbli portuqaliyalı futbol mütəxəssisinə inamlarını itiriblər. İspaniya mətbuatı yazır ki, artıq "Real" azarkeşkərinin internet səhifələrində, doğma klublarının bu mövsümdə də əzəli rəqibləri olan katalonlar qarşısında aciz qalacağı barədə çoxlu yazılar yazılmağa başlanılıb. "Real" azarkeşləri belə qənaətdədirlər ki, yeni mövsümün açılışında İspaniya Superkuboku uğrunda keçirilən hər iki qarşılaşmada Madrid təmsilçisinin sərgilədiyi oyun, onların bu yeni mövsümdə də heç nə ilə yadda qalmayacağlarını deməyə tam əsas verir. Azarkeşlər artıq J.Maurinyo ilə yolların ayrılmasına dair fikirlər səsləndirməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə